• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

Dördüncü siniflərdə monitorinq keçirilir

Dördüncü siniflərdə monitorinq keçirilir
10.06.2023 08:59

Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirilir.

Nazirlikdən  bildirilib ki, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq. Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılmasıdır.

Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual və riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Cəmiyyət 16:16
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Cəmiyyət 15:43
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Cəmiyyət 15:42
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol