• $
  • €
  • ₽
  • ₺
  • £

Akademik Bəhram Əsgərov vəfat edib

Akademik Bəhram Əsgərov vəfat edib
12.03.2014 10:02
Bakı Dövlət Universitetinin (BDU) Bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, prezident təqaüdçüsü, “Şöhrət” ordenli akademik Bəhram Mehrəli oğlu Əsgərov 81 yaşında vəfat edib.BDU-dan APA-ya verilən məlumata görə, akademik B.M.Əsgərov 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1952-ci ildə indiki BDU-nun fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1962-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 1972-ci ildən professordur.1960-1966-cı illər Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi olan B.Əsgərov 1966-cı ildən BDU-da çalışıb. 1966-1971-ci illərdə BDU-nun "Molekulyar fizika" kafedrasının dosenti işləyib. 1971-ci ildən ömrünün son gününədək onun təşəbbüsü ilə yaradılmış Bərk cisimlər fizikası kafedrasının müdiri, 1994-cü ildən 2004-cü ilədək BDU-nun elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb.B.Əsgərov 2000-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2001-ci ildə "Fizika" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzvü seçilib. 2004-cü ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə prezident təqaüdünə layiq görülüb.Akademik B.Əsgərov 5 monoqrafiyanın, bir neçə dərslik və dərs vəsaitinin, Rusiyada, Amerikada, Yaponiyada və bir sıra digər xarici ölkələrdə nəşr edilən nüfuzlu elmi jurnallarda dərc olunmuş 170 məqalənin müəllifidir. Rəhbərliyi altında 15 elmlər namizədi və dörd elmlər doktoru yetişib.Akademik B.Əsgərovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq.Allah rəhmət eləsin!ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol