• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Polis Akademiyasına minimal keçid balı 439 olub

Polis Akademiyasına minimal keçid balı 439 olub
11.08.2023 12:14
Polis Akademiyasında minimal keçid balı 439 müəyyən olunub. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin "Youtube” kanalında canlı yayımda bildirib.
 
O bildirib ki, Polis Akademiyasına 200 baldan yuxarı nəticə göstərən abituriyentlər Daxili Qoşunlar tərəfindən təklif olunan ixtisaslara sənəd verə bilərlər.
 
"Mandatdan keçən abituriyentlər minimum  439,3, maksimum isə 643 balla qəbul olub. 600-dən yuxarı balla akademiyaya qəbul olanların sayı isə 8 nəfərdir. Dövlət Təhlükəsizlik Akademiyasının hüquq ixtisasına keçid balı 541 təyin olunub. Bu ixtisas üzrə yeddi nəfər 600-dən yuxarı bal yığıb. Qalan abituriyentlər  439-dan aşağı nəticə göstərib. Polis Akademiyasına qəbul olunmayan, amma mandatdan keçən 200 baldan yuxarı nəticə göstəriblərsə, onlar Daxili Qoşunlar tərəfindən təklif olunan ixtisaslara sənəd verə biləcəklər",- Abbaszadə vurğulayıb.
 
Polis Akademiyasında tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunular.

Məzunlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

 
Aytac Zeynalova
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Cəmiyyət 11:29
Sumqayıtda bu yaşayış binaları sökülür - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol