• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycan yəhudilər üçün təhlükəsiz ölkədir - Səfir

Azərbaycan yəhudilər üçün təhlükəsiz ölkədir - Səfir
08.09.2023 13:29
Azərbaycan yəhudilər üçün təhlükəsiz ölkədir. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Şimal-Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyətinə həsr olunmuş konfrans zamanı deyib.

"Hər iki ölkə təhdidlər, imkanlar, strateji və regional problemlər anlayışını bölüşür. Hər il 50 min israilli Azərbaycana səfər edir. Azərbaycan yəhudilər və israillilər üçün təhlükəsiz ölkədir", - səfir bildirib. 

Bundan əlavə, Dik vurğuladı ki, İsrailin böyük politexnik institutunun köməyi ilə Teknion Israel Group Ltd. Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.
 
Corc Dik 2018-ci il İsrail tərəfindən Azərbaycana səfir təyin edilib. 

İsrail  1992-ci il Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Azərbaycan isə 2023-cü il İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışını edib. 

Son 30 ildə Azərbaycan və İsrail arasında strateji müttəfiqliyə çevrilmiş möhkəm və mehriban dövlətlərarası münasibətlər qurulub. İki ölkə arasındakı əlaqələr güclü və çoxşaxəli tərəfdaşlıq nümayiş etdirərək enerji sektorunu da əhatə edir.

İqtisadi göstəricilər ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını və 1,7 milyard dollara çatdığını göstərir. Növbəti illərdə hər iki ölkə ticarət dövriyyəsinin şaxələndirilməsinə diqqət yetirəcək.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Azərbaycan yəhudilər üçün təhlükəsiz ölkədir - Səfir
Cəmiyyət 13:29
Azərbaycan yəhudilər üçün təhlükəsiz ölkədir - Səfir
Azərbaycan dünya startap reytinqində irəliləyib
Cəmiyyət 13:16
Azərbaycan dünya startap reytinqində irəliləyib
Ermənistanda aksiyada 1 nəfər ölüb, 180 nəfər saxlanılıb
Cəmiyyət 15:12
Ermənistanda aksiyada 1 nəfər ölüb, 180 nəfər saxlanılıb
Ukraynadakı azərbaycanlılar üçün  qaynar xətlərin sayı artırılıb - SİYAHI
Cəmiyyət 13:29
Ukraynadakı azərbaycanlılar üçün qaynar xətlərin sayı artırılıb - SİYAHI
Dünya alimləri:
Cəmiyyət 12:38
Dünya alimləri: "Omikron"un BA.2 alt variantı daha yoluxucudur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol