• $ 1.7
  • € 1.985
  • ₽ 0.022641
  • ₺ 0.0376
  • £ 2.2974

Bank Respublika aztəminatlı ailələrə dəstəyini davam etdirir

Bank Respublika aztəminatlı ailələrə dəstəyini davam etdirir
11.09.2023 09:33
Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə Özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.

Bankın əməkdaşları ötən həftə Göyçay rayonunda sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir. 

Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər  ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:47
Bu ərazilərdə işıq olmayacaq
Sumqayıtda yol çöküb - Video
Cəmiyyət 22:39
Sumqayıtda yol çöküb - Video
Partlayışda yaralanan həkim ölüb
Cəmiyyət 22:19
Partlayışda yaralanan həkim ölüb
Bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Cəmiyyət 20:59
Bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Şəkidə WUF13 Festivalı keçirilib
Cəmiyyət 19:42
Şəkidə WUF13 Festivalı keçirilib
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapılıb
Cəmiyyət 19:12
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapılıb
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Cəmiyyət 18:45
Azərbaycan və Türkiyə hərbçiləri kütləvi qırğın silahlarından mühafizə üzrə görüş keçiriblər
Aeroport yolunda qəza olub, ölən var
Cəmiyyət 18:08
Aeroport yolunda qəza olub, ölən var
"Keşlə bazarı"nda saxta kürü məhsulları satılır - Rəsmi
Cəmiyyət 17:51
"Keşlə bazarı"nda saxta kürü məhsulları satılır - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol