• $
  • £

Bu ölkələrdən quşçuluq məhsullarının idxalına qadağa qoyuldu

Bu ölkələrdən quşçuluq məhsullarının idxalına qadağa qoyuldu
14.09.2023 22:11
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Şimali Hollandiya, Utrext əyalətlərində blutanq, Rusiya Federasiyasının Udmurtiya Respublikasında, Xantı-Mansi Muxtar Dairəsində Nyukasl, Peru Respublikasının İka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Hollandiya və Utrext əyalətlərində xəstəliyin baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Rusiya Federasiyasının Udmurtiya Respublikasında və Xantı-Mansi Muxtar Dairəsində, Peru Respublikasının İka regionunda xəstəliyin baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə sözügedən ölkələrin qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud həmin inzibati ərazi vahidlərindən tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
Cəmiyyət 23:58
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
Cəmiyyət 23:10
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə minaya düşüb
Cəmiyyət 22:45
Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə minaya düşüb
Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Cəmiyyət 21:30
Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Azərbaycan müdafiə naziri Slovakiyaya səfər edib
Cəmiyyət 20:10
Azərbaycan müdafiə naziri Slovakiyaya səfər edib
Kürdəmirdə avtomobil yanıb
Cəmiyyət 20:00
Kürdəmirdə avtomobil yanıb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 19:05
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
İtkin düşən 9 nəfər tapılıb
Cəmiyyət 18:29
İtkin düşən 9 nəfər tapılıb
Gəncədə 16 yaşlı oğlanın meyiti tapılıb
Cəmiyyət 17:07
Gəncədə 16 yaşlı oğlanın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol