• $
  • €
  • ₽
  • ₺
  • £

İstirahət mərkəzində ayağını itirən İmran Cəfərzadə Almaniyadan dönür - VİDEO

İstirahət mərkəzində ayağını itirən İmran Cəfərzadə Almaniyadan dönür - VİDEO
06.03.2014 19:30
Xeyli vaxtdır, Almaniyada müalicə olunan 3 yaşlı İmran Cəfərzadə Bakıya qayıdır. İmranın bir ayağına protez qoyulub, digər ayağı isə bərpa olunub. Həkimlər İmranın  Bakıda bir müddət qaldıqdan sonra müayinə üçün yenidən Almaniyaya qayıtmasını nəzərdə tutublar. İmran bir neçə əməliyyatdan daha keçəcək. 8 aydır, Almaniyada xəstəxanada olan ailə martın 8-də Bakıya qayıdacaq. APA TV-nin xəbərinə görə, ötən ilin iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzun içərisində suda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb. Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol