• $
  • €
  • ₽
  • ₺
  • £

Şahdağda qar yağdı - Faktiki hava

Şahdağda qar yağdı - Faktiki hava
18.09.2023 10:54
Senytabrın 18-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Şahdağda, Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.

Düşən yağıntının miqdarı Astarada 121 (aylıq normanın 61%-i) , Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada (aylıq normanın 112%-i) 95, Qaxda (aylıq normanın 38%-i) 45, Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.

Sentyabrın 17-i saat 23:00 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.

Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir.

Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.6 metrə çatıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

5 marşrutun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 16:48
5 marşrutun hərəkət sxemi dəyişdirilib

QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Cəmiyyət 16:26
QHT-lər üçün qrant müsabiqəsi elan edilib
Elnarə Baxış vəzifəsindən ayrılıb
Cəmiyyət 16:03
Elnarə Baxış vəzifəsindən ayrılıb
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Cəmiyyət 15:36
Yelo Bank-ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
Cəmiyyət 15:30
Azərbaycan CNN-in materialı ilə bağlı ABŞ məhkəmə sisteminə müraciət edib
“El Pizza” bağlanıb
Cəmiyyət 15:18
“El Pizza” bağlanıb

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Cəmiyyət 15:07
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Almaniya öz ordusunu Ukraynanın ucuz raketləri ilə təchiz edəcək
Cəmiyyət 14:31
Almaniya öz ordusunu Ukraynanın ucuz raketləri ilə təchiz edəcək
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Cəmiyyət 13:45
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol