• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Sülh sazişi istiqamətində Ermənistan təşəbbüs göstərməlidir - Hacıyev

Sülh sazişi istiqamətində Ermənistan təşəbbüs göstərməlidir - Hacıyev
20.09.2023 17:58
Sülh sazişi istiqamətində Ermənistan təşəbbüs göstərməlidir. Bunu Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 
 
"Sülh sazişi Azərbaycanın təşəbbüsü olub və sülh sənədi Ermənistana təqdim olunub. Sənədlə bağlı 70% razılıq da əldə olunmuşdu. Sənəd nə qədər tez imzalanarsa iki ölkə arasında münasibətlər də bir o  qədər tez qaydasına düşər. Qarşılıqlı proses olmalıdır. Sülh sənədinin imzalanması Azərbaycanın gündəliyində hələ də qalır. Ermənistan ərazi iddiasından əl çəkməlidir və Azərbaycan ərazisində olan hərbi qüvvələrini çıxarmalıdır. Kifayət qədər ağır bunkerlər və tanklar hələ də bizim ərazidə qalırdı. Dünən gecə Şuşa bombalanıb və bir mülki şəxsimiz vəfat edib. Hər halda Azərbaycanın bu istiqamətdə mövqeyi bəllidir", - Hikmət Hacıyev bölgədəki son vəziyyətlə bağlı sentyabrın 20-də Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə Qazaxıstanlı səfirin sualını cavablayarkən bildirilib. 
 
Sentyabrın 14-də Ermənistan hökuməti Azərbaycan tərəfdən sülh sazişi ilə bağlı təkliflər aldığını açıqlayıb.  Sentyabrın 13-də Rəsmi Bakı Ermənistan tərəfinə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə yeni şərhlər göndərdiyini açıqlayıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adil Kərimli Omanda görüş keçirib
Cəmiyyət 23:59
Adil Kərimli Omanda görüş keçirib
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Cəmiyyət 23:30
Ucarda iki nəfər dəm qazından zəhərlənib
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Cəmiyyət 23:00
Səfir Rəsulzadənin məzarını ziyarət edib
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Cəmiyyət 21:00
Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Cəmiyyət 20:00
Azərbaycanda ötən gün cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Cəmiyyət 19:30
Bakıda ilk dəfə elektron qaydada eksternat imtahanları keçirildi
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Cəmiyyət 18:00
Azərbaycanda asfalt istehsalı 2025-ci ildə 30%-dən çox artıb
Bakıda mənzildə meyit tapılıb
Cəmiyyət 17:30
Bakıda mənzildə meyit tapılıb
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Cəmiyyət 16:44
Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol