• $
  • €
  • ₽
  • ₺
  • £

İTV-də növbəti qalmaqal: “Burada qanunlar işləmir”

İTV-də növbəti qalmaqal: “Burada qanunlar işləmir”
04.03.2014 16:45
“Hüquqlarımı qoruyacağam və mənə qarşı ədalətsizlik edən insanlara qarşı hüquqi çərçivədə mübarizə aparacağam”. Bunu AzNews.az-a açıqlmasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru vəzifəsindən uzaqlaşdırılan Mehparə Quliyeva deyib. M. Quliyeva bildirib ki, işdən rəsmi olaraq çıxmayıb: “Dünən işdən çıxmağımla bağlı ərizə yazmağımı istədilər. Bunu etmədim və hesab edirəm ki, mənə qarşı bu iddia əsassızdır. Məni İTV-dən öz ərizəmlə çıxarmağa heç kim məcbur edə bilməz”. M.Quliyeva işdən uzaqlaşdırılması ilə bağlı təzyiqlərə hüquqi müstəvidə cavab verəcəyini də qeyd edib: “İTV-də ədalətsizlik mühit hökm sürür. Peşəkar insanların orada çalışmasına imkan vermirlər. Bütün bunlar İTV rəhbərliyinin qanunvericiliyi bilməməsindən irəli gəlir. Burda hansı qanunlar işləyir bilmirəm. Burda Azərbaycan qanunları işləmir.Hesab edirəm ki, ölkə başçısı burada ədaləti bərpa edəcək. Çünki o peşəkar adamların işdən uzaqlaşdırılmasına, məmur özbaşınalığına hər zaman qarşı çıxıb və bu cür insanları ölkə qanunlarına uyğun olaraq ciddi şəkildə cəzalandırıb”.İTV-nin mətbuat xidmətindən isə bildirilib ki, Mehparə Quliyevanın işdən kənarlaşdırılması qanun çərçivəsində həyata keçirilib:“İTV-də rəhbər şəxslərdən tutmuş, sıravi işçiyə kimi üç aylıq müqavilə ilə işə götürülür. Bu müddət bitdikdən sonra direktorun hər hansı bir işçi ilə müqavilə bağlamamaq səlahiyyəti var. Mehparə Quliyeva da uzun müddətdir ki, İTV-nin İnformasiya və Analitik Proqramlar Departamentinin direktoru vəzifəsində çalışıb. Onun müqavilə müddəti bitdiyindən bu məsələ qaldırılıb”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol