• $
  • €
  • ₽
  • ₺
  • £

AXCP-nin yerləşdiyi bina niyə boşaldılıb?

AXCP-nin yerləşdiyi bina niyə boşaldılıb?
04.03.2014 16:24
“AXCP-nin binadan çıxarılmasının heç bir siyasi məqsədi yoxdur. Ümumiyyətlə, bizim üçün bu binadan çıxarılan təşkilatın siyasi mənsubiyyəti heç bir əhəmiyyət daşımır”.Bunu APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. E.Əsədov qeyd edib ki, binanın qəzalı vəziyyətdə olması ilə bağlı mütəxəssis rəyinə əsaslanan akt tərtib edilib: “Binada partlayış baş verəndən dərhal sonra FHN-in yanğınsöndürənləri hadisə yerinə gəlib və yanğın söndürülüb. Hadisə baş verən vaxt FHN-in əməkdaşlarında binada hansı qurumun, hansısa partiyanın yerləşdiyi barədə heç bir məlumata malik olmayıblar. Onlar öz vəzifə borclarını yerinə yetirib, yaranmış təhlükəni aradan qaldırıblar. Daha sonra bütün yanğın baş vermiş yerlərdə olduğu kimi, burda da FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri müəyyən araşdırmalar aparıblar”. E.Əsədov deyib ki, araşdırma nəticəsində binanın keçən əsrin əvvəllərində inşa edilən birmərtəbəli və zirzəmidən ibarət tikili olduğu deyilib: “Uzun illər əvvəl heç bir təhlükəsizlik tədbirləri görülmədən, tikinti norma və qaydalarına uyğun olmayaraq ikinci mərtəbə tikilib. Bununla əlaqədar binanın mövcud konstruksiyası həddindən artıq yüklənib. Agentliyin əməkdaşları konstruksiyaya baxış keçirərək, orda maraqlı bir fakt aşkar ediblər. Birinci mərtəbənin zirzəmisinin üstündə olan örtük ağac konstruksiyalardan ibarət olmasına baxmayaraq, sonradan onun üstündən monolit beton döşəmə konstruksiyası verilib və həmin konstruksiyalar binanın divarı ilə əlaqələndirilməyib. Aşağıdakı ağac konstruksiyalar da çürüdüyündən, döşəmə hər an çökə bilər ki, bu da içəridəki insanların həyatı üçün böyük təhlükə yaradar”. E.Əsədov həmçinin qeyd edib ki, binanın birinci mərtəbəsində daşıyıcı divarlardakı boşluqlar həddən artıq genişlənib, bu isə binanın yükdaşıyıcı qabiliyyətini xeyli aşağı salıb: “İkinci mərtəbədə aşağıdakı daşıyıcı divarlarla əlaqələndirilmədən əlavə arakəsmə divarlar tikilib. Hazırda binanın zirzəmisi və birinci mərtəbəsi tam qəzalı vəziyyətdədir. İkinci mərtəbədən istifadə olunması isə qeyd etdiyim səbəblərdən yolverilməzdir, burdakı insanların həyatı üçün hər an təhlükədir. Məhz bu amilləri nəzərə alaraq bizim mütəxəssislər tərəfindən akt hazırlanaraq, Nərimanov Rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib”. E.Əsədov bildirib ki, qeyd olunan ünvanda 4 mənzil var. Həmin mənzillərdən üçü yaşayış sahəsi kimi, biri isə qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir: “Həmin mənzillərin də köçürülməsi lazımdır”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol