• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internet tarifləri azaldılacaq

Azərbaycanda internet tarifləri azaldılacaq
04.03.2014 11:31
Azərbaycan İnternet Cəmiyyəti (ISOC Azerbaijan) internet xidmətləri üzrə tariflərin azaldılması məsələsini müzakirə edir. Bunu Trend-ə Cəmiyyətin sədri Qalib Qurbanov deyib.Onun sözlərinə görə, internet xidmətlərinin tədarükçüləri son istifadəçilər üçün xidmətlərin qiymətinin gələcəkdə azaldılması məsələsi üzrə məsləhətləşmələr və hesablamalar aparırlar: "İnternet provayderlərinin ilkin təklifləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunub. Güman edirəm ki, istehlakçılar yeni tariflərin üstünlüklərini artıq ilin birinci yarısında hiss edə biləcəklər. Söhbət internetə çıxış qiymətlərinin xeyli azaldılmasından gedir. Faiz nisbətində son istifadəçilər üçün xidmətlərin qiyməti 30 faizədək azala bilər".Bununla belə, Q.Qurbanov internet xidmətləri tədarükçülərinin hər dəfə tariflər azaldılan zaman əl atdıqları yanaşmaların qətiyyən əleyhinədir.Onun fikrincə, internet trafikin artması fonunda təklif edilən paketdə tarif plankasının saxlanılması təcrübəsi səmərəli deyil və gözlənilən nəticələr vermir: "Provayderlər çox vaxt qiymət plankasını qorumaqla buraxılış qabiliyyətini genişləndirir ki, bu da internet xidmətləri bazarında qiymət formalaşdırılması probleminin həllində düzgün yanaşma deyil. Hər kateqoriyadan olan istifadəçilərə qarşı fərdi yanaşmaya ehtiyac var. Şübhəsiz ki, yüksək sürətə ehtiyacı olmayan və video-kontentə baxmağa çox vaxt sərf etməyən istifadəçilər var. Bu kateqoriyadan olan istifadəçilər üçün əlverişli qiymət üzrə paket əldə etmək maraqlı olacaq. Paketə internet trafikin 1-2 meqabit-saniyəsi daxil olunacaq".Seçilmiş tarif planından asılı olaraq, istifadəçilərin məhdudlaşdırılmayan ADSL çıxışa görə xərcləri 10 manatdan (1024 kilobit-saniyəyə görə) 80 manatadək (10240 kilobit-saniyə) təşkil edir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol