• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

“ASAN xidmət”in “əməkdaşlar”ına cinayət işi açıldı

“ASAN xidmət”in “əməkdaşlar”ına cinayət işi açıldı
03.03.2014 17:07
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.APA xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, Bərdə, Şəki, Saatlı və Salyan rayon sakinlərinin özlərini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş bir qrup şəxsin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.Araşdırmalarla müəyyən edilib ki, özlərini “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti”, “Daşınmaz Əmlakın Qiymətləndirilməsi”, “Qiymətləndirmə Xidməti”, “S.F.Qiymətləndirmə” və “Kamal SF” Məhdud Məsuliyyətli Cəmiyyətlərin vəzifəli şəxsləri və əməkdaşları Rauf Zülfüqarov, Vüsal Baxşəliyev, Vüsal Əmiri, Hüseyn Abdullayev, Murad Qəribov və digərləri Bərdə, Şəki, Saatlı, Salyan və digər rayon sakinlərindən torpaq sahələrinin və fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnamələrinin verilməsi, fərdi tikinti evlərinin qiymətləndirilməsi, əmlakın qiymətləndirilməsi pasportunun hazırlanması və digər xidmətlər müqabilində müxtəlif məbləğlərdə pul tələb etməklə alıblar.Adıçəkilən cəmiyyətlərin vəzifəli şəxslərinin göstərdikləri xidmət müqabilində pul tələb edib almalarında və bununla da Dövlət Agentliyinin və digər dövlət qurumlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin  178.2.3 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.Hazırda həmin MMC-lərin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Cəmiyyət 12:06
Azərbaycanda karantin rejimi gələn ilə kimi uzadılıb
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Cəmiyyət 11:56
Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
Cəmiyyət 11:09
Valideynlərini itirmiş gənclərə 2600 manat birdəfəlik müavinət veriləcək
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Cəmiyyət 11:03
8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
Cəmiyyət 10:39
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarını məhv edir
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Cəmiyyət 10:33
FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib
Azərbaycan investisiyaları təşviq edəcək - Cabbarov
Cəmiyyət 10:21
Azərbaycan investisiyaları təşviq edəcək - Cabbarov
Bəzi ərazilərdə arabir şimşək çaxıb, leysan yağıb
Cəmiyyət 10:19
Bəzi ərazilərdə arabir şimşək çaxıb, leysan yağıb
Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli olub
Cəmiyyət 09:46
Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol