• $
  • £

Biləsuvarda əl qumbaraları və “Kalaşnikov” avtomatları aşkarlanıb

Biləsuvarda əl qumbaraları və “Kalaşnikov” avtomatları aşkarlanıb
21.11.2023 18:33
Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Köhnə Amankənd adlanan ərazisində silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən iki ədəd "F-1” əl qumbarası, iki ədəd "Kalaşnikov” avtomatı və 120 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 16 nəfər rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını təhvil veriblər.

Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı üç ədəd avtomat, bir ədəd tapança, bir ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 101 ədəd müvafiq sənədləri olmayan ov silahı aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəkidə qadın dəm qazından boğularaq ölüb
Cəmiyyət 23:49
Şəkidə qadın dəm qazından boğularaq ölüb
İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - Yenilənib
Cəmiyyət 22:19
İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - Yenilənib
Ramazanın on ikinci günün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:57
Ramazanın on ikinci günün duası - İmsak və iftar vaxtı
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:10
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Naxçıvanda hərbi hissədə yanğın baş verib
Cəmiyyət 16:09
Naxçıvanda hərbi hissədə yanğın baş verib
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
Cəmiyyət 11:34
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Cəmiyyət 11:02
İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol