• $
  • £

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Yenilənib

İrandan Azərbaycana təxliyə prosesi davam edir - Yenilənib
02.03.2026 11:14

Bu dəqiqələrdə Astara Sərhəd Gömrük keçid məntəqəsindən 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının keçidi təmin olunub.

Bundan əvvəl 50 Çin vətəndaşı da təxliyə olunub.

10:24

Martın 1-dən bu gün səhər saat 10-a qədər Astara Sərhəd Gömrük keçid məntəqəsindən ümumilikdə 40-a yaxın Rusiya vətəndaşı, 20 Pakistan və 2 Tacikistan vətəndaşı təxliyə olunub.

 

28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub.

Anews.az xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır.

Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikistan, 6 nəfər BƏƏ, 4 nəfər İordaniya, 3 nəfər Qətər, 3 nəfər Banqladeş, 2 nəfər Filippin, 2 nəfər Nepal vətəndaşı təxliyə edilib.

Bundan başqa Türkiyə, Rusiya, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Fransa və Braziliyadan hər biri 1 nəfər olmaqla vətəndaş təhlükəsiz əraziyə çıxarılıb.

 

***

Son saat ərzində daha 30 əcnəbi - Braziliya, Polşa, Çin, Nepal, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Tunis vətəndaşları "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.Bu barədə "Report" xəbər verir.

***

İrandan 3 nəfər Banqladeş, 3 nəfər Qətər və 1 nəfər Pakistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.

"Report" xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Hazırda İordaniya Krallığının diplomatik nümayəndəliyinin 4 nəfər üzvünün təxliyəsi həyata keçirilir.

12:25

İrandan 5 nəfər Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.

"Report" xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.

Onlar İran İslam Respublikasına müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.

Hazırda Səudiyyə Ərəbistanının 18 nəfərlik diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ştat ləğv edildiyi üçün veteranın oğlu işdən çıxarılıb - Bakı Metropoliteni
Cəmiyyət 11:36
Ştat ləğv edildiyi üçün veteranın oğlu işdən çıxarılıb - Bakı Metropoliteni
Nazir generalın dəfnində iştirak edib
Cəmiyyət 11:28
Nazir generalın dəfnində iştirak edib
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır
Cəmiyyət 11:07
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır
Salyanda 16 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 10:54
Salyanda 16 yaşlı qızın toyunun keçirilməsinin qarşısı alınıb
Bakı-Qəbələ qatarında gediş və dönüş eyni gün olmayacaq
Cəmiyyət 10:45
Bakı-Qəbələ qatarında gediş və dönüş eyni gün olmayacaq
DİN: iki gündə 85 cinayət açılıb
Cəmiyyət 10:32
DİN: iki gündə 85 cinayət açılıb
Qaradağda yük maşını aşıb
Cəmiyyət 10:24
Qaradağda yük maşını aşıb
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişini alqışlayıb
Cəmiyyət 10:12
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın müdafiə sazişini alqışlayıb
FHN: ötən həftə 685 yanğına çıxış olub
Cəmiyyət 10:05
FHN: ötən həftə 685 yanğına çıxış olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol