• $
  • €
  • ₽
  • ₺
  • £

"Alimlər şəhərciyi"ndəki mənzillər kimlərə veriləcək?

"Alimlər şəhərciyi"ndəki mənzillər kimlərə veriləcək?
28.02.2014 22:05
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Alimlər şəhərciyi"ndəki mənzillər yalnız Akademiyanın nəzdindəki mövcud elmi təsisatlarda işləyən əməkdaşlara veriləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov deyib.Onun sözlərinə görə, "Alimlər şəhərciyi"ndəki mənzillərin əsasən xidməti olacağı nəzərdə tutulur. Yəni mənzillər yalnız AMEA-nın elmi təsisatlarının əməkdaşlarına veriləcək: "Şəhərcik tikiləndən sonra müvafiq komissiya yaradılmalıdır. Komissiya mənzillərin təqdim olunacağı şəxslərın siyahısını tərtib etməlidir. Sonra həmin siyahı AMEA-nın Rəyasət Heyətində müzakirə olunacaq. Rəyasət Heyəti konkret qərar qəbul etdikdən sonra mənzillər AMEA-nın əməkdaşlarına təqdim olunacaq".Qeyd edək ki, mövcud qanunverciyiliyə əsasən, xidməti mənzillər orada yaşayan vətəndaşlar tərəfindən satıla və ya başqasına hədiyyə edilə bilməz.Şöbə müdiri bildirib ki, mənzillərin konkret olaraq ümumən kimlərə verilməsi, bu vaxt alimlərin elmi stajının, onların vəzifə və dərəcələrinin nəzərə alınıb-alınmaması ilə bağlı konkret meyarlar hələ müəyyən edilməyib.S.Hüseynov onu da əlavə edib ki ki, "Alimlər şəhərciyi"nin layihəsi və yeri bəlli olsa da, onun tikintisi üçün nə qədər maliyyə vəsaitinin sərf olunacağı bilinmir. Bununla bağlı hər hansı tikinti şirkəti ilə də müqavilə bağlanmayıb. Hazırda bu məsələlərlə əlaqədar Rəyasət Heyətində müzakirələr aparılır.Qeyd edək ki, çoxmənzilli yaşayış binalarından ibarət olacaq "Alimlər şəhərciyi" Yasamal rayonu ərazisində - Mərkəzi Nəbatat Bağının yaxınlığında salınacaq. Artıq şəhərciyin maketi də hazırdır. Maketdən görünür ki, şəhərcikdə hər biri təkbloklu olmaqla 7 binanın tikilməsi nəzərdə tutulur.Xatırladaq ki, bununla yanaşı, Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki ("Azad Azərbaycan" teleradio şirkətinin binasının yaxınlığında) AMEA yataqxanasının ərazisində tikilən yeni binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri tərəfindən inşa olunub və orada Akademiya əməkdaşları üçün evlər ayrılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol