• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Qəhrəmanlar abidəsinin açılış mərasimi oldu - FOTO

Milli Qəhrəmanlar abidəsinin açılış mərasimi oldu - FOTO
28.02.2014 00:45
Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Binəqədi rayonu Biləcəri qəsəbəsində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilib.ANN.Az-ın məlumatına görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, millət vəkili Madər Musayev, rayon icra strukturlarının rəhbərləri, fəal gəncləri, hərbçilər, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirdi, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğuladı. Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov millət vəkili Madər Musayev Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə Abidənin açılışını etdilər. Rayon İcra Hakimiyyətinin adından abidənin önünə  önünə əklil qoyulmasının ardınca orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.Milli Qəhrəman Mirzə Quliyev tədbirdə çıxış edərək Milli Qəhrəmanların xatirəsini daim əziz tutduğuna, həmçinin belə bir parkın açılışı və şəhid Milli Qəhrəmanların büstlərinin ucaldılmasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.  Mərasimdə çıxış edən Milli Qəhrəmanlar Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Allahverdi Bağırovun qızı Aynur Bağırova, Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova qəhrəman vətən övladlarının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq etdilər.Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndirdilər.Mərasimdə Binəqədi rayonu 299 saylı orta məktəbin şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirildi, Milli Qəhrəmanların həyat yolları barədə tədbir iştirakçılarına qısa məlumat verildi və məktəblilərin ifasında vətənpərvərlik ruhunda musiqi parçaları ifa edildi. SeymurANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol