Bakıda Tibb Mərkəzindən xeyli pul oğurlandı

Bakıda tibb mərkəzindən xeyli miqdarda pul və tibbi ləvazimat oğurlanıb.Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsi rayonun Məhəmməd Hadi küçəsi, 2942-ci məhəllə 53 saylı ünvanda yerləşən “Dialab” Tibb Mərkəzində qeydə alınıb. Tibb Mərkəzinin xəzinədarının şkafından 4194 manat pul və 1500 manat dəyərində tibbi ləvazimat naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Hazırda polis oğurluq hadisəsini törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























