“Xocalı abidəsi” Şəhidlər Xiyabanına köçürülsün - TƏKLİF

Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsi təklif edilir. AzNews.Az xəbər verir ki, Milli Məclisin fevralın 25-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana Fəryadı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsini təklif edib.M.Qurbanlı hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir:““Ana Fəryadı” abidəsi Şəhidlər Xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























