• $ 1.7
  • € 2.0167
  • ₽ 0.022015
  • ₺ 0.0389
  • £ 2.314

Bu il bir sıra bölgələrdə yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub

Bu il bir sıra bölgələrdə yeni DOST mərkəzlərinin açılması nəzərdə tutulub
08.02.2024 18:51
DOST mərkəzlərində xidmətlərin çevikliyinin təmin olunması da daim diqqətdə saxlanılır. 2019-cu ildə DOST mərkəzlərində vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyə təşkil edibsə, bu müddət 2023-cü ildə 7 dəqiqə 5 saniyəyə, mərkəzlərdə növbədə gözləmə müddəti isə orta hesabla 3 dəqiqə 54 saniyədən 2 dəqiqə 57 saniyəyə enib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu barədə regional səviyyədə DOST xidmətlərinin təşkili, sosial sahədə elektronlaşdırma və "İşsizin dostu” proqramlarının icrası və s. istiqamətlərdə görülən işlər və qarşıda duran hədəflərin müzakirəsinə həsr olunan iclasda qeyd edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ötən dövrdə 2 milyondan çox vətəndaşın faydalandığı DOST xidmətlərinin əhatə dairəsinin ötən il də genişləndiyini bildirib. 2023-cü ilin avqust ayında Prezident cənab İlham Əliyevin iştirakı ilə Bərdədə açılışı olan Qarabağ Regional DOST Mərkəzi ilə daha 9 şəhər və rayonun (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər) DOST xidmətləri ilə əhatə olunduğu qeyd edilib.

Bölgələrdə yeni DOST mərkəzlərinin açılması prosesinin bu il də davam edəcəyi, 2024-cü ildə bir sıra regionlarda DOST mərkəzlərinin açılmasının nəzərdə tutulduğu vurğulanıb. Sosial sahələrə aid 159 xidmətin "bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim olunduğu DOST mərkəzlərində ötən ildən yeni məşğulluq konsepsiyasına uyğun xidmətlərin, habelə ƏN TEZ (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng), Mediasiya, "RehaPoint” və s. istiqamətlər üzrə xidmətlərin də göstərildiyi bildirilib.

Regional DOST Mərkəzləri üzrə xidmətlərin təşkili, mərkəzlər üzrə insan resurslarının idarə edilməsi, könüllü fəaliyyətin göstərilməsi, "DOST indeks” metodologiyasının təkmilləşdirilməsi, DOST Çağrı Mərkəzi 142 tərəfindən vətəndaş müraciətlərinin cavablandırılması üzrə görülən işlər, gələcək hədəflər diqqətə çatdırılıb.

Qurumlar üzrə İT infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi, elektronlaşdırma proqramının icrası işləri, hazırda əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə bir sıra yeni altsistemlərin də qurulmaqda olduğu qeyd edilib. "İşsizin dostu” ictimai işlər proqramının icrası, "DOST İŞ” Mərkəzinin fəaliyyət sahələri üzrə is prosesinin avtomatlasdırılması istiqamətində görülən işlərdən bəhs olunub. İclasda qeyd olunan mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.

Bir sıra ölkələrdə DOST modelinin və ölkəmizin sosial sahədə elektronlaşdırma təcrübəsinin tətbiqinə maraq göstərildiyi qeyd edilib. Bu sahədə həmin ölkələrlə təcrübəmizin bölüşülməsi istiqamətində görülən işlərdən də bəhs olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə yol qəzası baş verib,ölən və yaralananlar var
Cəmiyyət 00:01
Füzulidə yol qəzası baş verib,ölən və yaralananlar var
FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 20:59
FHN qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib
Gəncədə evdə yanğın olub, tüstüdən zəhərlənənlər var
Cəmiyyət 20:15
Gəncədə evdə yanğın olub, tüstüdən zəhərlənənlər var
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Cəmiyyət 19:47
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sabah ilin ilk Günəş tutulması olacaq
Cəmiyyət 18:58
Sabah ilin ilk Günəş tutulması olacaq
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Cəmiyyət 18:05
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Cəmiyyət 17:59
Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan yanvarda buğda idxalını 50% artırıb
Cəmiyyət 17:48
Azərbaycan yanvarda buğda idxalını 50% artırıb
Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı müzakirə olunub
Cəmiyyət 17:34
Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol