• $ 1.7
  • € 1.9797
  • ₽ 0.01971
  • ₺ 0.0352
  • £ 2.31

“Pencan" tibb vasitəsinin ölkəyə idxalı və satışı qadağan edilib

“Pencan
09.02.2024 18:05
"Pencan" tibb vasitəsinin ölkəyə idxalı və satışı qadağan edilib.

Mərkəzdən verilən məlumata görə, "M&C Firması”nın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciətində 23E24H8B05 seriya ilə buraxılmış "Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin spinal iynəsinin iynə altlığı və polad kannulanı birləşdirən hissənin istifadə zamanı qopması riski ilə əlaqədar könüllü olaraq geri çağırmaq qərarı qəbul etdiyi və qeyd edilən seriya ilə buraxılan tibb vasitələrini son istifadəçilərdən, pərakəndə satış müəssisələrindən (apteklərdən) və topdansatış müəssisələrindən (distributorlardan) geri çağırması bildirilib.

Bu müraciət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən araşdırılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 5-ci hissəsinin müddəalarını rəhbər tutaraq, müraciətdə qeyd edilən tibb vasitəsinin geri çağırılması qərarı Mərkəzin sərəncamı ilə təsdiqlənib.

Yuxarıda qeyd edilənləri və "Dərman vasitələrinin geri çağırılması Qaydası”nın 16-cı hissəsinin müddəalarını nəzərə alaraq, 23E24H8B05 seriya ilə buraxılmış "Pencan 25Gx3 1/2” (88 mm) M.FK-EU/AP/SA ticari adlı tibb vasitəsinin ölkəyə idxalı və ölkədə topdan və pərakəndə satışı qadağan edilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 16:21
Bu ərazilərdə qaz olmayacaq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 15:33
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Cəmiyyət 14:00
Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var
Sabahın hava proqnozu
Cəmiyyət 12:41
Sabahın hava proqnozu
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:56
Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 10:10
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Niderland vətəndaşı Şəkidə itlərin hücumuna məruz qalıb
Cəmiyyət 08:50
Niderland vətəndaşı Şəkidə itlərin hücumuna məruz qalıb
Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb
Cəmiyyət 23:54
Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb
Bakıda obyektdə yanğın baş verib
Cəmiyyət 22:05
Bakıda obyektdə yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol