• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə jurnalist həbs olundu - dələduzluq maddəsi ilə

Bir neçə jurnalist həbs olundu - dələduzluq maddəsi ilə
24.02.2014 15:22
Azərbaycanda özlərini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən jurnalistlər cinayət başında tutulublar.Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən özlərini həmin idarənin əməkdaşları kimi təqdim etmiş şəxslərin qanunsuz hərəkətlərə yol vermələri barədə Bakı şəhər sakininin müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib. “Kölgəli İqtisadiyyat və Korrupsiya” və “İqtisadiyyat və Kölgə” qəzetlərinin müxbirləri vəsiqəsini əldə etmiş Niyazi Məmmədov, Rüstəm Rüstəmov və Sənan Ağayevin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verərək özlərini həmin idarənin əməkdaşları kimi təqdim etməklə paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin nəzarətçisi Emil Hüseynovdan mərkəzin fəaliyyətinin dayandırılmaması müqabilində 500 manat məbləğində pul tələb edib həmin vəsaitin 200 manatını qabaqcadan alarkən cinayət başında yaxalanmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Niyazi Məmmədov, Sənan Ağayev və Rüstəm Rüstəmov iş üzrə Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 012-361-11-36 telefon nömrəsinə və ya 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol