• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xərçəng xəstələrinə şad xəbər

Azərbaycanda xərçəng xəstələrinə şad xəbər
23.02.2014 16:04

Azərbaycanda onkoloji xəstəliklərdən əziyyət çəkənlər üçün yeni əməliyyatların həyata keçirilməsinə başlanılıb. Əməliyyatın həyata keçirildiyi Respublika Diaqnostika Mərkəzinin həkimi, türkiyəli professor Əhməd Məmiş bildirib ki, qaraciyәrin bәdxassәli şişi, bağırsaq xәrçәnglәrinin qaraciyәr metastazları kimi törәmәlәrdә şiş öldürücü müalicәvi dәrmanlar şiş damarına birbaşa inyeksiya edilir. Bu zaman törәmә damarı tıxanır və törәmәnin qidalanması minimuma endiriIir.

Həkim qeyd edib ki, bu əməliyyat xəstəliyin ilkin mərhələsində çox xeyirli olur. Ancaq Ə.Məmiş Azərbaycanda xəstələrin bəzilərinin əməliyyat üçün çox gec - törəmə böyüdükdən sonra müraciət etməsindən təəssüfləndiyini söyləyib: "Çox təəssüf ki, xəstələr kimya terapiyasının xeyri olmadıqdan - əlləri hər şeydən üzüldükdən sonra həkimə üz tuturlar. Ancaq biz son yox, ilk çarələrdən biriyik. Ona görə də onkoloqlar da bunu çox tez aşkara çıxarıb xəstəni əməliyyat üçün tez göndərməlidirlər".

Ə.Məmiş əlavə edib ki, belə əməliyyatlar törəmə kiçik olduğu zaman aparıldıqda onun xeyri daha çox olur. Həkimin sözlərinə görə, qanama ehtimalı yüksәk olan şişlәrin müalicəsi zamanı da invaziv radiologiya tətbiq edilir. Onun sözlərinə görə, şişin damarı içinә daxil olaraq birbaşa yerli (lokal) kimyәvi terapevtik dәrmanlar verilir. Eyni zamanda, dayandırılmayan burun qanaması halında da müalicә üsulu kimi invaziv radiologiya istifadə edilir.

Ə.Məmiş bildirib ki, invaziv radiologiya dünyada son 20 il ərzində, Azərbaycanda isə son 7-8 il ərzində çox sürətlə inkişaf edib. Əvvəllər çox böyük patologiyalarda - beyin damarında, kəllə daxilində qanaxma, bədənin ən böyük aortasının yırtılması kimi hallarda kəllə sümüyü, döş qəfəsi, yaxud qarın açılaraq əməliyyat aparılırdı. Ancaq invaziv radiologiyanın inkişafı nəticəsində kəllə sümüyü, döş qəfəsi, yaxud qarın nahiyəsi açılmadan - bədəndə 2 mm-lik deşiklər açmaqla böyük əməliyyatlar həyata keçirmək mümkündür. Bu əməliyyatlardan sonra xəstə öz sağlamlığını çox tez bərpa edir.

İnvaziv radiologiya əməliyyatlarının bədən toxumalarına çox az zədə verdiyini deyən Ə.Məmiş bildirib ki, Azərbaycanda artıq bütün növ invaziv əməliyyatlar həyata keçirilir.

ANS PRESS

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol