• $
  • £

Paytaxtın bəzi əraziləri qazsız qalacaq

Paytaxtın bəzi əraziləri qazsız qalacaq
03.04.2024 10:01
Bu gün paytaxtın bir sıra rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

"Şıxov QPS qolu” yüksək təzyiqli qaz kəmərinin yeraltı hissəsində, Nizami rayonu, Şərifli 2425-ci məhəllə ünvanında və Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmalarının ləğv edilməsi, Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində COP-29 tədbiri ilə əlaqədar qaz xətlərinin təmiri, Sabunçu və Binə qəsəbələrində siyirtmələrin quraşdırılması, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində və Hövsan Südçülük Sovxozunda qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə aprelin 3-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qaradağ (Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi), Nizami (İ.Məmmədov, Q.Qarayev, E.Süleymanov, R.Rüstəmov, C.Naxçıvanski küçələri), Sabunçu (Pirşağı qəsəbəsinin və Sabunçu qəsəbəsinin Akkord MTK yaşayış kompleksi, Aydınbəyov, Y.Əliyev küçələri), Suraxanı (Hövsan qəsəbəsinin Bağça, Məktəbli, Zeytun sovxozu ərazisi və İ.Məmməmdov, M.Ş.Vazeh və A.Qılmanov küçələri) və Xəzər (Hövsan Südçülük Sovxozu, Mərdəkan qəsəbəsi, Binə qəsəbəsinin Binə Sovxoz ərazisi) rayonlarının kiçik hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 20:59
Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Bu gün ilk Qədr gecəsidir
Cəmiyyət 18:52
Bu gün ilk Qədr gecəsidir
Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub
Cəmiyyət 18:10
Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - Video
Cəmiyyət 17:49
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - Video
Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata
Cəmiyyət 16:01
Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata
Masazırda qadını elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:34
Masazırda qadını elektrik cərəyanı vuraraq öldürüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:11
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
İrandan Azərbaycanın sərhədi vasitəsilə 1873 nəfər təxliyə edilib
Cəmiyyət 14:00
İrandan Azərbaycanın sərhədi vasitəsilə 1873 nəfər təxliyə edilib
Yollarda görünüş məhdudlaşacaq
Cəmiyyət 13:40
Yollarda görünüş məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol