• $
  • €
  • ₽
  • ₺
  • £

“Sovetski” sakini: “Hacıbala Abutalıbov vədinə əməl etdi"

“Sovetski” sakini: “Hacıbala Abutalıbov vədinə əməl etdi"
19.02.2014 16:38
Bu gün saat 17:00-da Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə görüşəcək. Bu barədə APA-ya açıqlamasında sakinlərin yaratdığı Təşkilat Komitəsinin üzvü Hacı Mirməmməd məlumat verib. Görüş icra başçısının təşəbbüsü ilə keçirilir. Hacı Mirməmməd deyib ki, bu gün səhər də Təşkilat Komitəsinin üzvləri Nazirlər Kabinetində baş nazirin müavini Abid Şərifovla görüşüblər: “Bu gün Nazirlər Kabinetində keçirilən görüşdə Abid Şərifov “Sovetski” məhəlləsində yaşayan, evlərinin sahəsi az olan sakinlərə də ev veriləcəyini, onların da problemlərinin həll olunacağını bildirib. Bu, çox yaxşı addım olar”. Hacı Mirməmməd dövlət orqanlarının xalqın səsinə biganə qalmamasının müsbət hal olduğunu vurğulayıb: “Dünənki görüşdə sakinlərin mülkiyyət hüquqlarının qorunacağına söz veriləndə dedim ki, 1 il əvvəl Xəlil Rza-52 ünvanında bir obyekt sökülüb, hələ də pulu verilməyib, sizə necə inanaq? Həmin obyekt mənim deyil, sadəcə, övladlarım 15 il orada çalışıblar, obyektin ən azı 300 min manat qiyməti var. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da görüşdə mənə dedi ki, səhər yanına gedək, məsələni həll edəcək. Bu gün obyektin sahibi ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinə getdik. Hacıbala Abutalıbov həqiqətən vədinə əməl etdi, məsələni həll etdi. Dedi ki, banklardan birində hesab açılıb, hesaba 1 kv. metri 1500 manatdan olmaqla obyektin pulu həmin bank hesabına köçürülüb. Hacıbala Abutalıbov onu da dedi ki, obyekt sahibi narazı qalırsa, məhkəməyə də müraciət edə bilər. Atılan bu addımları çox müsbət dəyərləndiririk”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol