• $ 1.7
  • € 1.9725
  • ₽ 0.021027
  • ₺ 0.0402
  • £ 2.2358

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23.04.2024 18:04
Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək.Bu barədə DİM - dən məlumat verilib.

Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.
 
2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
 
Qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki mövzudan birini seçməklə esse yazırlar.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların yazdıqları esselərin qiymətləndirilmə meyarları DİM-in saytında yerləşdirilib.
 
DİM-in saytında olunmuş meyarlar müvafiq yazı tapşırığı üzrə tam bal (5 bal) almaq üçün təqdim olunub.
 
Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri "0” balla qiymətləndirilir.
 
Daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
Cəmiyyət 13:55
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
DTX Xankəndidəki iclasdan video paylaşıb
Cəmiyyət 13:35
DTX Xankəndidəki iclasdan video paylaşıb
Azərbaycana dərman idxalı 14%-dən çox azalıb
Cəmiyyət 13:21
Azərbaycana dərman idxalı 14%-dən çox azalıb
Azərbaycanın sabit və mobil internet sürəti oktyabrda bir pillə geriləyib
Cəmiyyət 13:09
Azərbaycanın sabit və mobil internet sürəti oktyabrda bir pillə geriləyib
Balakəndə kanalda meyit tapılıb
Cəmiyyət 13:05
Balakəndə kanalda meyit tapılıb
Azərbaycanda ət istehsalı 20% azalıb
Cəmiyyət 12:47
Azərbaycanda ət istehsalı 20% azalıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:15
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda altı şirkət və üç sahibkar haqsız rəqabətə görə cərimələnib
Cəmiyyət 12:07
Azərbaycanda altı şirkət və üç sahibkar haqsız rəqabətə görə cərimələnib
Doqquz ayda bağlanan və açılan iş yerlərin sayı nə qədər olub?
Cəmiyyət 11:45
Doqquz ayda bağlanan və açılan iş yerlərin sayı nə qədər olub?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol