• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın sabit və mobil internet sürəti oktyabrda bir pillə geriləyib

Azərbaycanın sabit və mobil internet sürəti oktyabrda bir pillə geriləyib
18.11.2025 13:09

Bu ilin oktyabrında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 156 ölkə arasında 84-cü pilləyə düşüb. Ötən aya nisbətən ölkə bir pillə geriləyərək 84,82 MB/s sürət göstərib. Bu barədə “Speedtest Global Index” məlumat yayıb. 

Sabit genişzolaqlı internet sürətinə görə birinci yeri Sinqapur, sonuncu yeri isə Suriya tutur.

Mobil internet sürətində də oxşar tendensiya müşahidə olunub.

Oktyabrda Azərbaycan 79,94 MB/s sürətlə 104 ölkə arasında 53-cü yerdə qərarlaşıb, sentyabr  ilə müqayisədə bir pillə geriləmə baş verib.

Mobil internetdə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri, sonuncu yeri isə Boliviya tutur.


Son statistik göstəricilər göstərir ki, Azərbaycanın internet infrastrukturunda sürət baxımından stabillik saxlanılsa da, beynəlxalq reytinqlərdə kiçik geriləmələr müşahidə olunur.

Sürət baxımından lider ölkələr Asiya və Yaxın Şərq regionunda cəmləşib, az inkişaf etmiş ölkələrdə isə sürət hələ də aşağı səviyyədədir.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol