• $
  • €
  • ₽
  • ₺
  • £

Dərslər nə vaxt başlasın? - 1 sentyabrda, yoxsa 15 sentyabrda

Dərslər nə vaxt başlasın? - 1 sentyabrda, yoxsa 15 sentyabrda
18.02.2014 16:25
Azərbaycan təhsil sistemində mübahisəli məsələlərdən biri də tədris ilinin başlanma tarixi ilə bağlıdır. Artıq bir neçə ildir ki, "Bilik Günü", yaxud yeni dərs ili sentyabrın 15-dən qeyd olunmağa başlayır. Bu dəyişikliyi Təhsil Nazirliyi daha çox havalarla əlaqələndirərək qərar vermişdi. Nəzərə almalıyıq ki, başlanğıcda dərslər 15 gün qısaldılsa da, həmin günlər tətil günlərinin hesabına doldurulmağa çalışılmışdı. Dərslərin bitmə vaxtı əvvəlki kimi – may ayının 25-i qalmışdı. Daha sonra isə bu məsələ də aradan götürüldü və dərs ilinin son tarixi mayın 31-ə təyin edildi. Hələ 2013-cü ilin tədris ilinin başlanğıcında təhsil naziri Mikayıl Cabbarov qurumun rəsmi “Facebook” səhifəsində vətəndaşların suallarını cavablandırarkən 3 ay yarım yay tətilinin şagirdlərin istirahəti üçün çox uzun müddət olduğunu demişdi. Onun fikrincə, beynəlxalq təcrübə də yay tətili uzun olarsa, şagirdlər məktəbə qayıtdıqda bilik səviyyələrinin xeyli aşağı düşdüyünü göstərib: “Bu başqa bir problemi də yaradır. Problem isə ondan ibarətdir ki, məktəb proqramının həcmi azalmır. Ən azı, 20-25 il bundan öncə məktəbdə verilməli olan proqramın həcmi bugünkündən az deyildi. Yaxud əksinə, bu gün verilməli olan bilik proqramı 20-25 il əvvəlkindən az olmamalıdır. Uşaqlara yayda istirahət etməyə nə qədər çox imkan veririksə, bir o qədər də onların tədris ili zamanı dərs yükü artır. Çünki dərs günlərinin sayı azalır. Əvvəllər dərslər sentyabrın 1-də başlayırdı, eyni zamanda tədris 6 günlük idi”.Milli Məclisin üzvü, deputat Fazil Mustafa orta məktəblərdə dərslərin sentyabrın 1-də başlanması təkilifinı dəstəklədiyir. ANN.Az-ın məlumatına görə,  F. Mustafa Azərbaycanda təhsilin vəziyyəti haqqında hər bir vətəndaşımızın düşünməli olduğunu və buna yalnız bir nazirliyin işi kimi baxmağı doğru saymayıb: "Çünki həm şagird, həm tələbə, həm müəllim, həm də valideyn olaraq hamımız bu proseslə bağlı olduğumuza görə, bu sektorda baş verən pozitiv və neqativ dəyişikliklər hamımızı düşündürməli, işin faydasına olan hər bir təklifimizi səsləndirməkdən çəkinməməliyik. Bu sahədə atılacaq ən vacib addımlardan biri və bəlkə də birincisi cəsarətli qərar qəbul edib bütün məktəbəqədər təhsil müəssisələrində, orta və orta ixtisas məktəblərində, ali məktəblərdə dərslərə sentyabr ayının 1-də başlamaqdır”. Deputat təhsil proqramını mənimsəmə vaxtının qısa olmasının təhsilin keyfiyyətinə ciddi təsir göstərən amillərdən biri hesab edib: “Bunu bir vaxtlar havaların istiliyi ilə əlaqələndirirdilər, halbuki istilik bəhanədirsə, o zaman bütün qəbul imtahanlarının yay aylarında keçirilməsi qadağan olunmalı, yalnız yazda və ya payızda keçirilməsi nəzərdə tutulmalıdır. İlin əvvəlindən 15 gün itirilməsi proqram tərtibində də xeyli çətinliklər yaradır".“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə təhsil naziri və millət vəkilinin fikirlərini doğru sayır və dərslərin sentyabr 1-i başlamasını məqsədəuyğun hesab edir: “Qərb ölkələrində, hətta Yaponiyada dərslər aprelin 1-dən başlayır. Ümumiyyətlə, heç bir ölkədə dərs ili hər hansı ayın ortasından yox, ayın əvvəlindən başlayır. Bizdə də sovetlər vaxtında dərs ili sentyabrın 1-dən hesablanırdı və bu çox uğurlu seçim idi. Çünki tədris planları, məktəb proqramlarının daha yaxşı mənimsənilməsində dərslərin ayın əvvəli başlaması çox kömək edirdi. Amma biz neçə tədris ilidir ki, sentyabrın 15-dən uşaqlarımızı məktəbə yollayırıq. Lakin bunun ancaq və ancaq mənfi nəticələrini görürük. Belə düşünürəm ki, bu qərar bir qədər tələsik atılmış addım idi”.Mövzu ilə bağlı olaraq 2014-cü il tədris ilinin başlanma vaxtında hər hansı dəyişikliyin olub-olmayacağını öyrənmək üçün Təhsil Nazirliyinə müraciət etdik. Açıqlamada Azərbaycan Təhsil Nazirliyi gələn tədris ilindən orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara belə aydınlıq gətirdi: "Ümumtəhsil məktəblərində növbəti dərs ilindən dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.Bununla belə, 2014-2015-ci tədris ilindən məktəblərdə dərs ilinin müddətinin 3 həftə uzadılması nəzərdə tutulur. Bununla əlaqədar təşkilati tədbirlərin görülməsi planlaşdırılır".SeymurANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol