• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dövlət çevrilişi planlayan şəxsin qardaşı öldürülüb - FOTO

Azərbaycanda dövlət çevrilişi planlayan şəxsin qardaşı öldürülüb - FOTO
14.02.2014 16:38
Türkiyədə ötən əsrdə 90-cı illərində Azərbaycanda dövlət çevrilişi planının təşkilatçısı olaraq tanınan Fərman Dəmirkolun qardaşı öldürülüb. Coşqun Demirkol ötən gün baş verən silahlı insident nəticəsində qətlə yetirilib.O, Türkiyənin hakim partiyası olan AKP-nin Beylikdüzü bələdiyyə məclisinin üzvlüyünə namizəd olub. Məlumata görə, hadisənin heç bir siyasi əsası yoxdur və iki tərəf arasında olan şəxsi münasibətlərdən qaynaqlanıb.Hadisə AKP seçki koordinasiya mərkəzinin qarşısında qeydə alınıb. Binadan çıxan C.Demirkol bələdiyyədə işləyən bir işçinin atası ilə mübahisə etməyə başlayıb. Mübahisə böyüdükdə isə adı açıqlanmayan şəxs silahını çıxararaq namizədi güllələyib.Bəzi məlumatlara görə, isə 54 yaşlı kişi küçədə birlikdə yaşadığı qadınla mübahisə edib. Binadan çıxan C.Demirkol onları ayırmaq istəyib. Nəticədə o kişinin silahından çıxan güllənin hədəfi olub.Xəstəxanaya çatdırılan Dəmirkol həkimlərin bütün səylərinə baxmayaraq keçinib. Hadisə yerindən maşınla qaçan şəxs polis tərəfindən saxlanılıb. ANS Press
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol