• $
  • £

Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat elan olunub

Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat elan olunub
05.06.2024 11:45
Azərbaycan dili (dövlət dili kimi) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat elan olunub.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında) qəbul olmaq istəyən, lakin mayın 12-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya "qeyri-məqbul” qiymət alan abituriyentlər iyunun 5-dən 10-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili imtahanına qeydiyyatı iyunun 6-da aktiv ediləcək.

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər.


Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan iyunun 30-da keçiriləcək.

Mayın 12-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak edən, lakin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə qatılmayan 9-cu və 11-ci sinif şagirdləri ikinci imtahanda iştirak etmirlər. Onların mayın 12-də keçirilən imtahandan topladıqları bal yekun attestasiya sənədinə yazılacaq.


Yekun attestasiyası aparılmayan şagirdlər üçün isə sentyabr ayında yenidən imtahan təşkil olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xətai rayonunda binada yanğın başlayıb
Cəmiyyət 18:47
Xətai rayonunda binada yanğın başlayıb
Bakıda kabab evində at DNT-si aşkarlanıb
Cəmiyyət 18:08
Bakıda kabab evində at DNT-si aşkarlanıb
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Cəmiyyət 17:34
“Yaşıl Cümə” yenidən “İrşad”da!
Kolleclərə qeydiyyat prosesi başlayıb
Cəmiyyət 17:24
Kolleclərə qeydiyyat prosesi başlayıb
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Cəmiyyət 17:08
Azərbaycanda onlayn qumar dəstəsinin rəhbəri saxlanılıb
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Cəmiyyət 16:35
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Cəmiyyət 16:27
Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Cəmiyyət 16:20
Küləklə bağlı sarı xəbərdarlıq edilib
Bakıda tapdığı kartdan 104 manat xərclədi - 1 il 6 ay cəza aldı
Cəmiyyət 15:29
Bakıda tapdığı kartdan 104 manat xərclədi - 1 il 6 ay cəza aldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol