• $
  • £

“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!

“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!
05.06.2024 20:26
Sərfəli təklifləri ilə regionlara daha yaxın olmaq üçün "Nar” bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan "Balloon Festival”ın əsas tərəfdaşıdır.

İyunun 8-9-da Şamaxı rayonunda keçiriləcək festivalla əlaqədar olaraq, "Nar” dəyərli hədiyyələrlə dolu "Balloon Festival” müsabiqəsini elan edir.
Müsabiqə 5-9 iyun tarixlərində "Nar”ın instagram səhifəsində keçiriləcək. Yarışda iştirak edənlər finala keçmək üçün festivala özəl hazırlanmış oyunda minimum 30 xal toplamalıdır. Keçid balını toplayanlar arasından təsadüfi üsulla 3 nəfər qalib elan ediləcək. 1-ci yerin qalibinə "iPhone 15 Pro”, 2-ci yerin sahibinə "JBL” qulaqlıq və 3-cü yeri tutan şəxsə isə 100 azn dəyərində hədiyyə kartı veriləcək.
 
Müsabiqənin şərtləri barədə daha ətraflı tanış olmaq üçün buraya daxil ola bilərsiniz. Hədiyyəli müsabiqədən əlavə, "Nar” bu festivalda iştirakçılar üçün maraqlı süprizlər də təqdim edəcək.

"Nar” festivalları, musiqi və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaradır. "Nar”ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Cəmiyyət 18:22
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib

"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Cəmiyyət 17:28
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2025-ci ildə 28% azalıb
Cəmiyyət 17:02
Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2025-ci ildə 28% azalıb

Sabah Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 16:45
Sabah Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq
AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir
Cəmiyyət 16:23
AZAL Mərkəzi Asiya üzrə üçüşlar şəbəkəsini genişləndirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol