• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq edən 14 nəfər saxlanılıb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq edən 14 nəfər saxlanılıb
15.06.2024 17:23
Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıb,14 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.
 
Müəyyən edilib ki, 08-13 iyun 2024-cü il tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən "Telegram” sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.
 
Qeyd olunan hüquqazidd əməllər nəticəsində naməlum şəxslər 212.000, 20.000, 4.400, 4.000, 500 dollar, eləcə də 21.530, 10.000, 5.300, 7.700 , 4.570, 4.000, 2.000 manat olmaqla ümumilikdə 10 vətəndaşa 240.900 ABŞ dolları və 55.100 manat maddi ziyan vurublar.
 
Bakı şəhərində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə kuryer qismində hadisələrin törədilməsində iştirak edən 14 nəfər saxlanılıb.
 
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayətlərin təşkilatçıları və digər iştirakçılarının dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 
"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər", - deyə məlumatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İranladanışıqlarahazırlaşır
Cəmiyyət 09:06
ABŞ İranladanışıqlarahazırlaşır
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
Cəmiyyət 23:41
22 ölkə İrandan Hörmüz boğazını açmağı tələb edib
54 yaşlı kişi hamamda yıxılıb öldü
Cəmiyyət 23:32
54 yaşlı kişi hamamda yıxılıb öldü
Gəncədə evdə partlayış olub
Cəmiyyət 23:00
Gəncədə evdə partlayış olub
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Cəmiyyət 22:30
“Prius”un vurduğu piyada xəstəxanaya aparılarkən ölüb
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
Cəmiyyət 21:30
Bakının bu küçəsində avtobus zolağı ləğv edilib
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Cəmiyyət 21:00
ÜST Yaxın Şərqdəki gərginliklə bağlı çağırış edib
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Cəmiyyət 16:22
Bakıda bayram günlərində 42 ünvanda avtomobil yolları təmir olunacaq
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:42
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol