• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan silahlı qrupun Azərbaycana keçməsinin qarşısı alınıb

İrandan silahlı qrupun Azərbaycana keçməsinin qarşısı alınıb
13.02.2014 11:41
Azərbaycan Dövlət Sərhəd Xidməti ötən ay silahlı qaçaqmalçı qrupun ölkə ərazisinə keçməsinin qarşısını alıb.Qurumun mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, yanvarın 5-də saat 20.00 radələrində Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində 4 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərib. Sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı silah tətbiq olunub. Sərhədçilərin qətiyyətli hərəkətləri nəticəsində silahlı basqın dəf olunub, sərhəd pozucuları geri qaçmağa məcbur edilib. Hadisə yerinə baxış zamanı ərazidə 4 kiloqram tiryək və 1 kiloqram heroin aşkar olunaraq götürülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq , 1 ədəd pnevmatik tapança, 8 ədəd 7.62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0.3 kiloqram barıt, 126 ədəd daraq, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 ədəd kater, 1 ədəd qayıq, 232 ədəd mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iri buynuzlu qaramal, müxtəlif növ dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.   ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol