• $
  • €
  • ₽
  • ₺
  • £

Paralimpiyaçı "Mahal" MTK-dan narazıdır - Şirkət rəhbəri məni hədələyir - Video

Paralimpiyaçı "Mahal" MTK-dan narazıdır - Şirkət rəhbəri məni hədələyir - Video
08.07.2024 10:15
Sumqayıt sakinləri "Mahal" MTK-dan narazılıq edir. Bu barədə Qafqazinfoya Sumqayıtda yaşayan paralimpiyaçı Ramin Əliyev bildirib. 
 
"Mahal" MTK evimizi uçurur. Sumqayıt şəhəri, Nizami küçəsindəki sakinlərin çoxu razılaşsa da, əksəriyyət bunu istəmir. Onların verdiyi kompensasiya ilə buralardan ev almaq mümkün deyil. Şirkətin rəhbəri məni hədələyir. Deyir razılaşmasan, evdən çıxmasan, sənə başqa cür təzyiq göstərəcəyik. Evimin hazırkı dəyəri çox qalxıb. Onların vediyi kompensasiya maksimum 140 mindir. Halbuki, biz o məbləğə ancaq çox kənardan ev ala bilərik. Onların verdiyi məbləğ 2 il öncə üçün yaxşı idi. Kimsə pul qazanacaq deyə biz özümüzə orada-burada yer axtarmalı olacağıq. Mən özüm paralimpiyaçıyam, proses çətindir, xəstə halımla bu problem mənə lazım deyil. "Mahal” MTK bizi çox incidir”, - o bildirib. 


Vətəndaş düşünür ki, Sumqayıtda evlərin bahalaşması bu cür söküntü işləri aparan şirkətlər gəldikdən sonra olub. 
 
 
"Mahal” MTK Qafqazinfoya aıqlama verib bildirib ki, sakinlərin iddiası əsassızdır. 
 
 "Orada kiməsə təzyiq göstərilməsi əsassızdır. Sakinlər şirkətdən qlobal rəqəmlər tələb edirlər. Mənzillərinə verilən qiymətlərlə razılaşmırlar və adətən məsələyə "fürsət” gözü ilə baxırlar”, açıqlamada deyilir.   

 Sumqayıt Şəhər İcra Hakimiyyəti isə bildirib ki, vətəndaşların razılığı təmin ediləcək. 
 
"Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə görüş keçirilib, sakinlərin müraciətləri dinlənilib və MTK rəhbərliyinə konkret tapşırılar verilib. Bu tapşırıqlar sakinlərin hüquqlarının qorunmasını və onların razılığının təmin edilməsini nəzərdə tutur”, - icra hakimiyyətindin açıqlamasında qeyd olunur. 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Sabahın hava proqnozu
Cəmiyyət 12:26
Sabahın hava proqnozu
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
Cəmiyyət 11:54
İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 11:41
DYP sürücülərə xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol