• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc alimlər üçün yaş həddinin artırılması təklif olunur

Gənc alimlər üçün yaş həddinin artırılması təklif olunur
11.02.2014 14:53
Gənclər və idman nazirinin müavini İntiqam Babayev nazirlik tərəfindən sosial ipoteka ilə bağlı Nazirlər Kabinetinə təqdim edilən və yaxın vaxtlarda qəbul edilməsi gözlənilən təkliflər paketinin bəzi detallarını açıqlayıb.APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında çıxış edən İ. Babayev deyib ki, əsas məqsəd sosial ipoteka ilə əhatə olunan gənc ailələrin əhatə dairəsinin genişləndirilməsidir.Gənclər və idman nazirinin müavini bu siyahıya subay gənclərin də daxil edilməsini təklif etdiklərini bildirib: “Eyni zamanda ayrılan sosial ipoteka vəsaitinin miqdarının artırılmasını, ilkin ödənişin azaldılmasını təklif etmişik. Qanunvericiliyə görə, 29 yaşa qədər gənc, 35 yaşa qədər gənc ailə hesab edilir. Ancaq bu zaman gənc alimlərlə bağlı bir problem ortaya çıxır. 29 yaşa qədər gənclərin elmi işi müdafiə etməsi çox nadir hallarda olur. Gənc alimlərin yaş həddinin 40 yaşa qədər artırılmasını təklif etmişik. Eyni zamanda institutlarda çalışan elmi işçilərə də gənc alim kimi sosial ipoteka verilməsini təklif etmişik”.İ.Babayev hazırda 30 min manat olmaqla, 4 faizlə sosial ipoteka kreditinin verildiyini nəzərə çatdırıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol