• $
  • €
  • ₽
  • ₺
  • £

Magistratura və rezidenturaya ərizə qəbulu başladı

Magistratura və rezidenturaya ərizə qəbulu başladı
11.02.2014 13:35
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistratura və rezidenturaya ərizə qəbuluna başlayır.Komissiyadan ANS PRESS-ə verilən məlumata görə, qəbul imtahanlarında iştirak etmək üçün ərizələrinin qəbulu internet vasitəsi ilə fevralın 11-dən 20-dək aparılacaq.Qəbul imtahalarıı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy¬yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.Rezidenturaya qəbul qaydalara əsasən qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.ANN.AZ
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol