• $
  • £

Azərbaycana gətirilən bir sıra spirtli içkilər və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb

Azərbaycana gətirilən bir sıra spirtli içkilər və tütün məmulatları üçün aksiz dərəcələri artırılıb
24.07.2024 13:19
Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.


Qərara əsasən, Azərbaycana idxal edilən şampan şərabının hər litri üçün aksiz vergisi 5,1 manatdan 2,7 manata endirilib, denaturasiya olunmamış etil spirtinin (80 həcm faiz və ya çox spirt qatılığı ilə) və həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirtinin hər litri üçün aksiz vergisi 6 manatdan 6,8 manata qaldırılıb, üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturaların hər litri üçün aksiz vergisi 8 manatdan 8,8 manata, viski, rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan cin və ardıc tinkturası, araq, likörlər və digər spirtli içkilərin hər litri üçün aksiz vergisi 12 manatdan 12,8 manata qaldırılıb.


Bundan başqa, tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar və tərkibində tütün əvəzləyicisi olan siqarillaların hər 1 000 ədədi üçün aksiz vergisi 43 manatdan 45,5 manata, tərkibində tütün olan siqaretlər və tərkibində tütün əvəzləyicisi olan siqaretlərin hər 1 000 ədəd üçün aksiz vergisi 46,5 manatdan 53,5 manata, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulların hər 1 000 ədədi üçün aksiz vergisi 14 manatdan 16 manata, birdəfəlik istifadə olunan elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər ədədi üçün aksiz vergisi 0,25 manatdan 2 manata qaldırılıb.


Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Cəmiyyət 21:30
Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Azərbaycan müdafiə naziri Slovakiyaya səfər edib
Cəmiyyət 20:10
Azərbaycan müdafiə naziri Slovakiyaya səfər edib
Kürdəmirdə avtomobil yanıb
Cəmiyyət 20:00
Kürdəmirdə avtomobil yanıb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 19:05
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
İtkin düşən 9 nəfər tapılıb
Cəmiyyət 18:29
İtkin düşən 9 nəfər tapılıb
Gəncədə 16 yaşlı oğlanın meyiti tapılıb
Cəmiyyət 17:07
Gəncədə 16 yaşlı oğlanın meyiti tapılıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Cəmiyyət 14:55
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
Növbəti iki gündə rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək
Cəmiyyət 13:56
Növbəti iki gündə rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək
Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək
Cəmiyyət 13:37
Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol