• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir şəxs özünü yandırdı

Azərbaycanda daha bir şəxs özünü yandırdı
07.02.2014 14:50
Azərbaycanda daha bir nəfər özünü yandırıb.Lent.az xəbər verir ki, hadisə Kürdəmir rayonunun Topalhəsənli kəndində qeydə alınıb.Kənd sakini 1980-ci il təvəllüdlü Abdullayev Rahim Səməndər oğlu qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandırıb.Məlumata görə, R.Abdullayevin həyat yoldaşı bir neçə gün əvvəl məişət zəminində baş vermiş münaqişədən sonra ər evindən ata evinə qayıdıb. Fevralın 7-nə keçən gecə isə R.Abdullayev sərxoş vəziyyətdə qayınatasının həyətinə gəlib.O bildirib ki, həyat yoldaşını aparmağa icazə verməsələr özünü həyətin ortasındaca yandıracaq və elə də edib.34 yaşlı kişi ağır vəziyyətdə rayon xəstəxanasına gətirilib. Vəziyyəti nəzərə alan həkimlər R.Abdullayevi Bakıya göndərməyə qərar verib. 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırmalar aparılır.Qeyd edək ki, polis şöbəsində R.Abdullayev barəsində bir neçə gün əvvəl öz anasını döyməsi ilə bağlı araşdırma da aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol