• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanlarında fənlərin sayı azaldıldı

Qəbul imtahanlarında fənlərin sayı azaldıldı
05.02.2014 14:45
 Bu il Azərbaycanda 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının qaydaları dəyişdirilib.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə bu ilin məzunları olan şagirdlər kolleclərə qəbul ola biləcəklər. Onun sözlərinə görə, cari ilin məzunları üçün 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ayrıca qəbul imtahanları keçirilməyəcək: “Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Həmin imtahanın iyunun sonunda keçirilməsi nəzərdə tutulur. İmtahanlarda məzunlar hər iki fənn üzrə 30 sual olmaqla, ümumilikdə 60 sualı cavablandıracaq”. E. Nağızadə qeyd edib ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarında məzunların verəcəyi imtahan fənlərinin sayı da azaldılıb. Onun sözlərinə görə, əvvəllər 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında məzunlar ana dili, Azərbaycan tarixi və riyaziyyat fənlərindən test imtahan verirdilər: “Bu ildən isə həm ötən illərin, həm də cari ilin məzunları yalnız 2 fəndən - ana dili və riyaziyyat fənlərindən imtahan verəcəklər. “Azərbaycan tarixi” fənni bu il 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarından çıxarılıb və məzunlara qəbul imtahanlarında “Azərbaycan tarixi” fənni üzrə suallar təqdim edilməyəcək”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol