• $
  • €
  • ₽
  • ₺
  • £

Şeyxülislamdan "Quran"ın azərbaycanca oxunmasına münasibət

Şeyxülislamdan "Quran"ın azərbaycanca oxunmasına münasibət
05.02.2014 11:23

Türkiyədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Milli Məclis sədri Oqtay Əsdovun din mərasimlərində Qurani-Kərimin Azərbaycan dilində səsləndirilməsi təklifinə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə Hacı Allahşükr Paşazadə Milli Məclis sədrini işarə edərək, Quranın Azərbaycan dilində səslənməsinin əleyhinə olduğunu söyləyib: “Qurani-Kərimin Azərbaycan dilində oxunması müzakirə mövzusu ola bilməz”.Xatırladaq ki, Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili, Gövhər Baxşəliyeva din-dövlət münasibətlərində tənzimlənmə işləri aparılmalı olduğunu söyləyib. O, bu istiqamətdə müntəzəm işlərin görülməli olduğunu da qeyd edib.Milli Məclisin sədri Oqtay Əsədov isə xanım millət vəkilinə cavabında, ölkədə keçirilən dini mərasimlərdə Qurani-Kərimin və dini kəlamların insanlara onların başa düşəcəyi dildə çatdırılmalı olduğunu qeyd edib. "Bizim dinimizin əsas kitabı Qurani-Kərimdir. Quranı-Kərim Azərbaycan dilinə tam səlisliyi ilə tərcümə olunub. Qurani-Kərim ərəb dilində oxunanda insanların 80 faizi onu başa düşmür. Bəziləri ərəb dilində oxuyur, sonra Azərbaycan dilinə tərcümə edir. Bakının bəzi kəndlərində mərasimlərdə Quran-Kərimdəki surələr Azərbaycan dilində oxunur. Qurani-Kərimdəki sözlər Azərbaycan dilində deyilməlidir ki, insanlar onu başa düşsünlər. Əgər bu kəlamlar bizə lazımdırsa, öz dilmizdə deyilsin ki, hamı da başa düşsün. Dini işçiləri arasında attestasiya keçirməyəcəyik ki. Bunun üçün Dini Komitə var. Ancaq biz bu məsələni mütləq fikirləşməliyik”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol