• $ 1.7
  • € 2.0096
  • ₽ 0.022138
  • ₺ 0.0388
  • £ 2.2983

Rusiyada işləyən azərbaycanlıların nəzərinə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə
26.09.2024 22:58
Rusiya əcnəbilərə rus dili biliyinə dair tələbləri sərtləşdirir. Belə ki, rus dilini bilməyən əcnəbilərə miqrasiya statusu və ya vətəndaşlıq verilməyəcək.
 
Oxu.az-a xəbər verir ki, bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya statusu və ya Rusiya vətəndaşlığı almaq istəyən əcnəbi vətəndaşlar arasında rus dilinin bilinməsinə nəzarəti gücləndirir. Daxili işlər orqanları müntəzəm olaraq rus dilini bildiklərinə dair sənədləri olan, lakin əslində onu bilməyən xariciləri aşkar edirlər. Bundan sonra dil sertifikatları verən imtahan təşkilatçılarından ibarət cinayətkar qrupların fəaliyyətinin araşdırılmasına başlanılır.

O, həmçinin bildirib ki, Rusiya DİN xaricilər üçün saxta rus dili imtahanları keçirən mütəşəkkil qruplar və ayrı-ayrı şəxslərlə fəal mübarizə aparır. Aşkar edilmiş pozuntular barədə məlumatlar müvafiq tədbirlərin görülməsi üçün "Rospotrebnadzor”a (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) göndərilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Cəmiyyət 12:15
Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Bill Geyts Ceffri Epşteynlə əlaqələrini “böyük səhv” adlandırıb
Cəmiyyət 12:08
Bill Geyts Ceffri Epşteynlə əlaqələrini “böyük səhv” adlandırıb
Azərbaycanda internet provayderləri üçün minimum sürət həddi tətbiq olunacaq
Cəmiyyət 12:01
Azərbaycanda internet provayderləri üçün minimum sürət həddi tətbiq olunacaq
İlham Əliyev Lənkəranda açılış edib
Cəmiyyət 11:58
İlham Əliyev Lənkəranda açılış edib

Bakıya yağış, rayonlara qar yağıb- FAKTİKİ HAVA
Cəmiyyət 11:48
Bakıya yağış, rayonlara qar yağıb- FAKTİKİ HAVA
Azərbaycanda könüllü sığorta 3% azalıb
Cəmiyyət 11:33
Azərbaycanda könüllü sığorta 3% azalıb
Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilib
Cəmiyyət 11:32
Vətəndaşlığın müəyyənləşdirilməsi Qaydasında dəyişiklik edilib
Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Cəmiyyət 11:16
Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmə olub
Azərbaycanda internet trafiki 7 terabiti ötüb, əlçatanlıq 90%-ə çatıb
Cəmiyyət 11:03
Azərbaycanda internet trafiki 7 terabiti ötüb, əlçatanlıq 90%-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol