• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyinin prioritetləri açıqlandı

Təhsil Nazirliyinin prioritetləri açıqlandı
03.02.2014 16:02
Azərbaycanın Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini həyata keçirir. Ötən ilin sonunda Nazirlik ümumi təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlayıb.Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanıb. Sözügedən tədbirlərin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: Belə ki, ali təhsil sistemində yeni tədris mühitinin yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsi məqsədi ilə dövlət ali təhsil müəssisələrində "SABAH" (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili planlaşdırılır.Ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması, ölkənin sosial-iqtisadi inkişafı üçün ixtisasların prioritetliyi nəzərə alınmaqla, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi nəzərdə tutulur.Eyni zamanda dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması, ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması planlaşdırılır.Bundan başqa ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Boloniya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması və təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədi ilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi nəzərdə tutulur.İslahatlara görə, aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması, müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi, maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi, təhsilalanların hüquqlarının qorunması və aparılan tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması planlaşdırılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol