• $
  • £

Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət ediblər

Beynəlxalq aviaşirkətlər Bakıya təcili eniş üçün müraciət ediblər
01.10.2024 22:55
İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. 

Varşava–Mumbay reysini həyata keçirən "LOT Polish Airlines” aviaşirkətinin "Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə "Qatar Airways” aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən "Boeing 787”  təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən "Airbus A-380” kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Cəmiyyət 16:10
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Naxçıvanda hərbi hissədə yanğın baş verib
Cəmiyyət 16:09
Naxçıvanda hərbi hissədə yanğın baş verib
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə edilib - Yenilənib
Cəmiyyət 15:19
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə edilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 13:00
Sabahın hava proqnozu
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
Cəmiyyət 11:34
MEDİA Yaxın Şərqdəki vəziyyətlə bağlı media subyektlərinə çağırış etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
Cəmiyyət 11:15
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA
İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Cəmiyyət 11:02
İrandan 31 nəfər təxliyə olunub - Yenilənib
Şamaxıda zəlzələ olub
Cəmiyyət 23:28
Şamaxıda zəlzələ olub
Ramazanın on birinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:25
Ramazanın on birinci gününün duası - İmsak və iftar vaxtı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol