• $
  • £

Gürcüstan televiziyasında “Basqalı” erməni rəqsi kimi təqdim olunub - Rəsmi etiraz

Gürcüstan televiziyasında “Basqalı” erməni rəqsi kimi təqdim olunub - Rəsmi etiraz
23.10.2024 19:11
"Basqalı” Azərbaycan rəqsi və "Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısının hüquqları Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulub.Bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən il l noyabrın 3-də Gürcüstanın "1TV.GE” telekanalında yayımlanmış "Natalia & Datuna” şou proqramında Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur "Basqalı” rəqsi ilə müşayiət olunan mahnı "Somxuri şalaxo”- "erməni şalaxosu” kompozisiyası kimi təqdim olunub.

Bu il sentyabr ayının 14-də isə Gürcüstanın digər televiziya kanalı "İMEDİ”də yayımlanan "Çveni şou” proqramında da "Basqalı” Azərbaycan rəqsinə (musiqisinə) yazılmış və Dodona Namoradzenin ifa etdiyi mahnı yenə "erməni şaloxosu” adı altında təqdim olunub.

Qeyd edilib ki, bu faktlar Gürcüstanın müxtəlifteleviziya kanalları vasitəsilə Azərbaycanın mədəni irs nümunələrinə, o cümlədən Azərbaycan musiqisinə münasibətdə növbəti erməni oğurluğunun nümayişi təsəvvürü yaradır və ciddi narahatlıq doğurur:

"Bu ilin 24 may tarixində "Rustavi” telekanalında yayımlanan "Paatas da Nikas şou” proqramında isə "Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısı "Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunub. Amma mahnının Azərbaycan xalq mahnısı olduğu qeyd edilməyib. "Bayatı-Şiraz” muğamı əsasında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur və çox geniş yayılıb, hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər”.

Vurğulanıb ki, "Rustavi” telekanalında "Bu qala daşlı qala” adlı Azərbaycan xalq mahnısı "Sənə sevgi söz verirəm” adı altında gürcü dilində təqdim olunarkən Azərbaycanın və Gürcüstanın üzv olduqları ÜƏMT-nin "Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 15-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmayıb:

"Yuxarıda göstərilən faktlar eyni zamandaÜƏMT-nın Müəlliflik hüququna dair Müqaviləsinin, habelə"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”in tələblərinin də pozulması deməkdir”.

Əqli Mülkiyyət Agentliyi yuxarıda göstərilənlərlə əlaqədar Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi "SAKPATENTİ”nin rəhbərliyinə məktub göndərib.
"Məktubda Gürcüstanın 1TV.CE, "İMEDİ” və "Rustavi” telekanallarında Azərbaycana məxsus olan "Basqalı” rəqsinin "Somxuri şalaxo” – erməni şalaxosu” kimi təqdim edilməsinin və "Bu qala, daşlı qala” adlı Azərbaycan xalq mahnısından istifadə olunarkən onun mənbəyinin və mənsub olduğu xalqın adının göstərilməməsinin səbəblərinin araşdırılaraq müvafiq tədbirlərin görülməsi, bu barədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə məlumat verilməsi və bir daha belə halların təkrarlanmaması üçün məsələnin daim nəzarətdə saxlanılması xahiş edilib. Həmçinin bildiririk ki, hüquq pozuntularını təsdiq edən müvafiq materiallar da "SAKPATENTİ”-yə təqdim edilib”, – deyə məlumatda qeyd edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Cəmiyyət 22:07
Gəncədə iki avtomobil toqquşub, 11 nəfər xəsarət alıb
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
Cəmiyyət 19:04
Daha 7 Meksika diplomatı və onların ailə üzvləri İrandan Azərbaycana təxliyə edilib
İtkin düşən 88 yaşlı kişi axtarılır
Cəmiyyət 18:28
İtkin düşən 88 yaşlı kişi axtarılır
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Cəmiyyət 18:16
Gəncədə dərmandan zəhərlənən şəxs ölüb
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Cəmiyyət 16:36
Türkiyə səmasında İran raketi zərərsizləşdirilib – Ankara Tehrana çağırış edib
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Cəmiyyət 14:44
Bu gün keçirilən buraxılış imtahanından 9 nəfər xaric edilib - DİM
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
Cəmiyyət 13:49
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Cəmiyyət 13:26
NetBlocks: İranda internet 10 gündür faktiki olaraq kəsilib
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Cəmiyyət 13:10
Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol