• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bakıda aktyor və arvadını öldürən şəxs həbs edilib

Bakıda aktyor və arvadını öldürən şəxs həbs edilib
24.10.2024 18:18
Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.İbtidai istintaq davam etdirilir.

Öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə "Əməkdar müəllim” fəxri adına layiq görülüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Cəmiyyət 21:07
Masazırda yaşayış binasında yanğın baş verib, zəhərlənən var - Video
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Cəmiyyət 20:24
Zaqatalada minik avtomobili aşıb, ölən və yaralanan var
Şamaxıda zəlzələ olub
Cəmiyyət 19:13
Şamaxıda zəlzələ olub
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:47
Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Cəmiyyət 17:23
Ötən gün itkin düşmüş 5 nəfər tapılıb
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Cəmiyyət 17:09
Dövlət Komitəsi “Qobu Park”da binaların vəziyyəti ilə bağlı iddialara cavab verib
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:50
Külək güclənəcək - XƏBƏRDARLIQ
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 14:52
FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol