• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Bəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda duman görünüşü məhdudlaşdırıb - FAKTİKİ HAVA
28.11.2024 09:45
Azərbaycana yağan yağıntılarla əlaqədar bəzi rayonlarda dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür. Əvvəlcədən xəbər verildiyi kimi, bölgələrdə də yağıntılı hava şəraiti müşahidə olunur.


Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.


Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.


Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 16 m/s, Daşkəsən, Şahdağda 20 m/s, Mingəçevirdə 18 m/s, Gədəbəydə 16 m/s-dək güclənib.


Göygöl, Qax, Balakən, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Göyçay, Lerik, Qobustanda duman müşahidə olunub.


Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta qeydə alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşir
Cəmiyyət 11:04
Ödənişli avtomagistrallarda sürət həddi müəyyənləşir
DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb
Cəmiyyət 10:43
DİN: İki gündə 89 cinayət açılıb, 85 şübhəli saxlanılıb
Güclü geomaqnit qasırğası gözlənilir
Cəmiyyət 09:55
Güclü geomaqnit qasırğası gözlənilir
Ekspert İlham İsmayıl reanimasiyaya yerləşdirilib
Cəmiyyət 09:49
Ekspert İlham İsmayıl reanimasiyaya yerləşdirilib
Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub
Cəmiyyət 09:38
Bir həftədə 165 yanğınla bağlı FHN-ə müraciət olunub
İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
Cəmiyyət 09:36
İspaniyanın cənubunda iki qatar toqquşub, azı 21 nəfər ölüb
Leyla Əliyeva Efiopiyaya səfər edib
Cəmiyyət 09:34
Leyla Əliyeva Efiopiyaya səfər edib
Apple iPhone 18 buraxmağa hazırlaşır
Cəmiyyət 07:53
Apple iPhone 18 buraxmağa hazırlaşır
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 21:35
Bakıda dönərxanada baş verən yanğın söndürülüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol