2024-2025-ci tədris ilində iki mindən çox müəllim Bakı məktəblərində işə qəbul olunub
![2024-2025-ci tədris ilində iki mindən çox müəllim Bakı məktəblərində işə qəbul olunub 2024-2025-ci tədris ilində iki mindən çox müəllim Bakı məktəblərində işə qəbul olunub](https://anews.az/photo/850x500/2024-12/1734676936_da268b32-1878-3553-a92c-c1b55ed4b0e0_850.jpg)
2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 533 vakansiya təqdim olunub.
İdarədən verilən məlumata görə, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 123 nəfər işə qəbul edilib.
Bunlardan 1 084 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 1 039 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində işə girib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər