Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub - Yenilənib
![Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub - Yenilənib Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub - Yenilənib](https://anews.az/photo/850x500/2024-12/1734756402_endirme-87.jpeg)
Azərbaycan-Ermənistan sərhədində daha iki zəlzələ qeydə alınıb.Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 03:03-də yerin 10 kilometr dərinliyində maqnitudası 3 olan zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Daha sonra saat 03:07-də 12 kilometr dərinlikdə maqnitudası 3,8 olan üçüncü zəlzələ olub. Zəlzələ episentrdə 4 bala qədər hiss olunub.
***
Azərbaycan-Ermənistan sərhəddində zəlzələ baş verib.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.
Əsas təkanlardan sonra 3.0 və 3.8 maqnitudalı afteşoklar qeydə alınıb.
***
Dekabrın 21-də yerli vaxtla saat 03:01-də Azərbaycanın Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Zəlzələnin maqnitudası 4,6 bal olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)