“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb
![“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb “TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb](https://anews.az/photo/850x500/2024-12/1734982278_hebs_24875786767.jpg)
"TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan emin_resad” və "azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad” adlı "TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər