İcbari Tibbi Sığortada xidmət zərfində dəyişiliklər olacaq
![İcbari Tibbi Sığortada xidmət zərfində dəyişiliklər olacaq İcbari Tibbi Sığortada xidmət zərfində dəyişiliklər olacaq](https://anews.az/photo/850x500/2024-12/1735373788_1688464454_xestexana.jpg)
İcbari Tibbi Sığorta Agentliyi tabeliyində olan xidmətlər zərfinə 3 istiqamət üzrə dəyişiliklər olması gözlənilir. Bunu jurnalistlərə açıqlamasında qurumun sözçüsü Aynurə Əhmədova deyib.
"Xidmətlər Zərfi genişləndirilərək yeni xidmətlər əlavə ediləcək. Bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alacaq. Məqsəd isə tibbi xidmətlərin daha əlçatan olmasını təmin etməkdir”, - o bildirib.
O bildirib ki, digər yeniliklər xidmətlərin adının dəqiq yazılması ilə bağlı, üçüncü dəyişiliklər isə xüsusi tibbi sərfiyyatın tibbi xidmətə nəzərən nizamlanması ilə bağlı olacaq.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)